Gənclər orduya getməmək üçün hər şey edir - Toxatyan

Gənclər orduya getməmək üçün hər şey edir - Toxatyan

Bu gün oğlan uşaqlarını həqiqi hərbi xidmətdən yayındırmaq üçün ailələr əllərindən gələn hər şeyi edirlər.

Axar.az xəbər verir ki, bu sözləri erməni aktyor Qrant Toxatyan 3-cü Ordu Korpusunun keçmiş komandiri, külli miqdarda daşınmaz əmlakın leqallaşdırılmasına (çirkli pulların yuyulmasına) görə cinayət məsuliyyətinə cəlb edilən general-mayor Qriqori Xaçaturovun (KTMT-nin Baş katibi olmuş Yuri Xaçaturovun oğlu) məhkəmə prosesinin önündəki aksiyada mediaya deyib.

O bildirib ki, əvvəllər də ordudan yayınma halları olub, amma nadir hallarda:

"Bu gün isə gənclər ümumiyyətlə orduda xidmət etmək istəmirlər. Söhbət çoxluqdan gedir, təbii ki, hər zaman hazır olan vətənpərvərlər var. Əgər ordunu bu cür gözdən salırlarsa, deməli, sabah bizdə çağırışçılar olmayacaq”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az