General döyüşlərlə bağlı şok detalları açıqladı - VİDEO

General döyüşlərlə bağlı şok detalları açıqladı - VİDEO

Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev Vətən Müharibəsi zamanı ermənilərə məxsus hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması zamanı istifadə olunan hərbi taktiki gediş barədə danışıb.

General-leytenant İTV-də yayımlanan "Görünməyən qəhrəmanlar. Dövlət Sərhəd Xidməti" sənədli filmində "An-2" təyyarələrinin müharibə vaxtı oynadığı vacib roldan bəhs edib:
 
"Sentyabr ayının 27-də 20 "An-2" təyyarəsi havaya qalxmış və cəbhə istiqamətində göndərilmişdi. Modernləşmiş "An-2" təyyarələri pilotsuz uçuş aparatı qismində düşmənin hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə vasitələrinin aşkar edilməsi məqsədi daşıyırdı.
 
Düşmən məcburiyyət qarşısında birinci müdafiə xəttinə səfərbər etdiyi bütün hava hücumundan müdafiə vasitələrini açmağa məcbur oldu".
 


Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az