General Tiran Xaçatryan: “Paşinyan dedi ki, rus kimdir,burada hər şeyə mən qərar verirəm "
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan, Yerevan Today-in erməni nəşrinə verdiyi müsahibədə Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarını təkzib edib.
Beləliklə, Xaçatryan Paşinyanın 44 günlük müharibədən sonra Ermənistanın Baş Qərargahına sərhədin təchiz edilməsi ilə məşğul olmağı tapşırdığı barədə dediklərini təkzib edib: "Ən azı qarı təmizləmək və şəxsi heyəti mövqelərə çıxarılması məqsədilə lazımi avadanlıqların təminatı üçün bir neçə dəfə müraciət etdik, amma heç bir şey edilmədi. Müəyyən problemlərin həlli üçün vəsaitləri artırmalı idilər, amma artmadı, əksinə, planlandıqlarını azaltdılar, vəsait tapacaqlarına söz verdilər, amma heç nə etmədilər”.
Xaçatryan daha sonra erməni ordusunun "heç vaxt ... dəstəklənmədiyini” iddia edir və bununla da Paşinyanın hər zaman orduya dəstək olduğunu inkar edir: "Onların təşkil etməli olduqları ən ibtidai dəstək tapşırıqları yerinə yetirilmədi. Cəbhənin komandanı olaraq döyüşdən qaçan fərariləri dayandırmaq üçün cəza dəstələrinin yerləşdirilməsini xahiş etdim, onları belə etmədilər. Silah və sursatlardan, diplomatik kanalların istifadəsindən, müvafiq işlərin həyata keçirilməsindən danışmıram ".
Xaçatryan, Nikol Paşinyanın Qarabağdakı 44 günlük müharibə zamanı Rusiya ilə raket atışlarının əlaqələndirilməsi proseduruna məhəl qoymadığını da söylədi. Keçmiş yüksək rütbəli hərbçiyə görə, yalnız ali baş komandan istənilən növ raketin buraxılmasına icazə verə bilər, lakin müəyyən hallarda Rusiya ilə koordinasiyaya ehtiyac var idi: "Raket atmaq vəzifəsi qoyulmuşdu , və hərəkətləri ruslarla əlaqələndirmək problemi oldu, Nikol dedi ki, "Ruslar kimdir? Burada hər şeyə mən qərar verirəm. "
Xaçatryan Paşinyanı orduda aşkar olunan çatışmazlıqlara baxmayaraq, heç bir məsələnin həll olunmamasında günahlandırır: "Hələ 2019-cu ildə təlimlər keçirdik və 62 çatışmazlıq aşkarlayaraq təqdim etdik, bunların neçəsi aradan qaldırıldı? Heç biri. İl ərzində nə bir qüsur, nə bir problemli məsələ həll olundu".