GENERAL YÜKSƏK VƏZİFİYƏ TƏYİN EDİLDİ - Vətən Müharibəsi Qəhrəmanıdır

GENERAL YÜKSƏK VƏZİFİYƏ TƏYİN EDİLDİ - Vətən Müharibəsi Qəhrəmanıdır

Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı vəzifəsi Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadəyə həvalə olunub.

O, şəxsi heyətə təqdim edilib.

Namiq İslamzadə bu təyinatadək HHQ komandanın müavini olub.

Xatırladaq ki, Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb.

Qeyd edək ki, N.İslamzadə 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla ona "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az