German Sterliqov Qarabağda su dəyirmanı aldı

German Sterliqov Qarabağda su dəyirmanı aldı

Qalmaqallı Rusiya milyonçusu German Sterliqov yenidən Dağlıq Qarabağa səfər edib.

Vətəninfo.az-ın məlumatına görə, Modern.az milyonçunun şosial şəbəkələrdəki şəxsi səhifəsinə istinadla xəbər verir ki, rusiyalı milyonçu işğal altındakı Azərbaycan torpaqlarında yeni təndirxana və yel dəyirmanı açmağı planlaşdırır.

"Yeni torpaq sahəsi almaq istəyirtəm. Yerli hökumət təklif edir ki, dağ çayı olan Qarqar çayı üzərində yerləşən yel dəyirmanını da satın alım. Şuşada su dəyirmanım da var. Bundan başqa, Şuşada lavaş hazırlayacaq təndirxana açmaq - bundan əvvəl açdığım təndirxana uğrusuz alındı, Şuşadakı qədim su dəyirmanında istehsal olunan un məmulatının satışını gerçəkləşdirmək və s. planımda var”.

German Sterliqov şəriki Mxitarla yeni layihələr üzərində çalışdığını da yazıb. O, Şuşadakı su dəyirmanında istehsal etdiyi un məmulatlarının fotosunu da yerləşdirib.










İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az