Gömrük işçisi Qarabağ qazisi haqqında: Söyüşünü yedirdəcəm ona

Gömrük işçisi Qarabağ qazisi haqqında: Söyüşünü yedirdəcəm ona

Bir neçə gün öncə Qazaxda Qarabağ əlilləri ilə Sınıq Körpü gömrük-keçid məntəqəsində qarşıdurma yaranıb. Səbəb isə Qarabağ əlillərinin gətirdikləri meyvə-tərəvəzin gömrük keçid məntəqəsindən buraxılmaması olub. Gətirdikləri meyvə-tərəvəz buraxılmadıqda isə qazilər meyvə-tərəvəzləri gömrük ərazisində boşaldaraq etirazlarını bildiriblər. Daha sonra isə polislər onları gömrük ərazisindən uzaqlaşdırıb. Qazilər Tovuz Gömrük idarəsinin sədri Mehman Hüseynovun birbaşa tapşırığı ilə buraxılmadıqlarını deyirlər.

Tovuz Gömrük İdarəsinin növbətçi hissəsindən Meydan TV-yə bildirilib ki, qarşıdurma olubsa yəqin ki, haqsızlıqları da var. Yoxsa niyə qarşıdurma olsun: "Böyük ehtimal, anlaşılmazlıq olub. Çünki adətən Qarabağ qazilərinin nəsə problemi olanda idarəyə gəlirlər. İdarədə hər şey yoluna qoyulur. Rəisin qəbul günlərində idarəyə gəlməyiblərsə, deməli, bu məlumat nəsə təxribat xarakterlidir. Doğru deyil”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az