Görkəmli yazıçı Çingiz Hüseynov vəfat edib

Görkəmli yazıçı Çingiz Hüseynov vəfat edib

Azərbaycanın görkəmli yazıçısı Çingiz Hüseynov 94 yaşında vəfat edib.

Bu barədə yazıçının oğlu Həsən Hüseynov sosial şəbəkə hesabında paylaşım edib.

Yazıçı uzun müddətdir İsraildə yaşayırdı.

Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsinə daxil olub, ikinci kursdan təhslini Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və oranı bitirib.

1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1979), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989) olan Çingiz Hüseynov nazir və ədəbiyyatşünas idi.

Onun "Doktor N”, "Fətəli fəthi”, "Məhəmməd, Məmməd, Məmiş” romanları ədəbiyyatda hadisə sayılıb.

Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az