Güclü külək: Dam örtüyü qopub, kişinin qarnını deşdi

Güclü külək: Dam örtüyü qopub, kişinin qarnını deşdi

Güclü külək nəticəsində qopan dam örtüyü Abşeron sakininin qarnını deşib.

Miq.Az Unikal.org-a istinadən xəbər verir ki, hadisə Güzdək qəsəbəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Rahib Nehmətov 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, R.Nehmətov küçədə gəzərkən güclü külək nəticəsində evdən qopan dam örtüyünün bir parçası onun qarnına batıb. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az