Güldən İmamoğlu barədə sensasion açıqlama: “Vaxtilə Ərdoğana və mənə…”

Güldən İmamoğlu barədə sensasion açıqlama: “Vaxtilə Ərdoğana və mənə…”
Türkiyənin sabiq prezidenti Abdullah Gül İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun saxlanılmasına reaksiya verib.

Globalinfo.az xəbər verir ki, o, vaxtilə prezident Rəcəb Tayyib Ərdoğana edilənlərin hazırda təkrarlanmasının yanlış olduğunu deyib.

"Növbəti seçkilərə üç ilə yaxın vaxt qalıb. Bəzi problemlərin siyasi dialoq və düsturlarla həlli mümkün olsa da, bu cür təlatümdə qalmaq bizi irəli aparmayacaq. Prezident Rəcəb Tayyib Ərdoğana və mənə edilən haqsızlıqları ictimai vicdanın necə qəbul etmədiyini xatırlayaq. Xalqın iradəsi ilə bələdiyyə sədri seçilən Əkrəm İmamoğluna qarşı da oxşar səhvlərə yol verilməməlidir”.

Abdullah Gül bildirib ki, belə bir qarışıqlıq Türkiyədə nə iqtidara, nə də müxalifətə xeyir verməyib və verməyəcək:

"Biz qanunu və ədaləti gözdən qaçırmamalıyıq. Əks halda, Türkiyə itirəcək”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az