Gülən təriqətinin “SOCAR-Türkiyə”dəki UZAQVURAN TOPU-İlqar Mehmetoğlu-7-ci yazı

Gülən təriqətinin “SOCAR-Türkiyə”dəki UZAQVURAN TOPU-İlqar Mehmetoğlu-7-ci yazı

Türkiyədəki hərbi qiyam Azərbaycanı da silkələdi, əslində qardaş ölkədə baş verənlərə biganə qalmamağımız da iki ölkənın tarixi birliyindən irəli gəlirdi və taleyimizin yazısı idi. Mətbuatımız da- istər dövlət, istərsə müxalif media olsun,  Azərbaycan prezidenti cənab İlham Əliyevin milli maraqlardan doğan mövqeyinə səs verib, çağırışlarına dəstəyini əsirgəmədi. Özəlliklə, Fətullah Gülənin Türkiyədə hərbi çevriliş təşkil etməsində Azərbaycan prezidentinin qardaş ölkəyə əl uzatması, çevrilişə qalxanların əməlini cinayət adlandırması, hadisələrə son dərəcə həssaslıq və narahatlıq nümayiş etdirməsi fonunda milli mətbuatımız da vətəndaşlıq mövqeyində dayanmağı özünün bir nömrəli vəzifəsi hesab etdi. 
 
Fətullahçılar haqqında deyilənlər bizi "SOCAR Turkey Energy” şirkətində baş verənlər haqqında yazdıqlarımıza yenidən nəzər salmağa vadar etdi. Vaxtı ilə bu yazılar saytımızda və təkcə ölkəmizin yox, qardaş Türkiyənin saytlarında da əks-səda verərək dərc edildi. Amma bəzi dostlarımızdan gələn xahişlərlə yanaşı, bəzi dairələrdən gələn hədə-qorxular bizi xeyli təəsüfləndirsə də, haqlı mövqeyimizi hər kəsə anlada bildik. Və ən nəhayət bəyan etdik ki, biz heç vaxt Müqəddəs Vətənimiz Azərbaycanın adını bütün dünyada tanıtmağa çalışan SOCAR-ın və onun rəhbərliyinin əməli fəaliyyətinə kölgə salmaq niyyətində olmamışıq! Amma "SOCAR Turkey Energy” şirkətində baş verənlər, daha doğrusu, fətullahçılar sırasında İzmir imamı adlandırılan, "SOCAR Turkey Energy” şirkətin İnsan Qaynaqları deparmentinin rəhbəri İlqar Mehmetoğlunun əməlləri bir azərbaycanlı kimi  narahatçılığımızdan qaynaqlanmaqda idi.
 
Türkiyədəki hərbi qiyamdan sonra isə yazdıqlarımızın çox az olduğuna xeyli heyifsilənsək də, daha cox təəssüfləndiyimiz adlarını çəkdiyimiz bəzi dəyərli və vətənsevər adamların da susmağı oldu. Kimya elmləri doktoru Füzuli Nəsirovun, təkcə bir elm adamı kimi yox, həm də zəngin bir təcrübəyə malik elmi məsləhətçi kimi şirkətdə olduqca gərəkli bir işçi olmasına kiminsə etiraz etməsi mümkün olmasa da, Gülən təriqətinin iç üzünə etirazlarına, bu barədə açıq fikirlərinə görə təqaüd adı ilə işdən uzaqlaşdırılması "Petkim” ailəsinin dürüst bildiyi həqiqət idi. Digər tərəfdən onun baş direktorun elmi işlər üzrə məsləhətçisi kimi fəaliyyəti bu gün də olduqca vacib və gərəkli olması inkar edilməsə də, SOCAR-da susur, Füzuli müəllim də. Ola bilsin ki, Füzuli muəllimin əxlaqi dəyərləri və ləyaqəti onu susdurur, fikirləşir ki, deyəcəklərim necə qarşılanar?! Amma bildiyimiz bir həqiqət var ki, vaxtı ilə, hələ güləncilərin, eləcə də, "SOCAR Turkey Energy” şirkətinin gülənçi rəhbərlərinin, eləcə də İnsan Qaynaqları departamentinin rəhbəri İlqar Mehmətoğlunun qılıncının dalı-qabağı kəsəndə belə Gülən təriqətinin iç üzünə, onların əməllərinə etiraz edənlərin həmişə birincisi də Füzuli müəllim olub... 
 
 Əməli fəaliyyəti və işgüzarlığı ilə seçilən, şirkətin işinə töhfələr verməyə çalışan onlarca türk və azərbaycanlı kadr müəyyən bəhanə və hədə qorxularla, bəziləri isə qeyri-müəyyən vədlərlə halal işlərindən uzaqlaşdırıldı. Vaxtı ilə SOCAR-ın Turkiyədəki şirkətlərində çalışan azərbaycanlıların hansı haqsızlıqlarla üzləşdiyini araşdırmaq o qədər də çətin deyil. Bunlar əslində uzaq keçmişin yox, 2-3 il bundan əvvəlin faktlarıdır. İlqar Mehmetoğlu və onun məktəbinin " istedadlı” yetirmələrinin hərtərəfli fəaliyyəti nəticəsində təcrübəsindən və yaşından asılı olmayaraq bu adamlara necə "torba tikildiyi”nə fələyin özü də mat-məhəttəl qala bilər.  Əvəzində isə uzun illər İlqar Mehmetoğlunun köməkçisi olan, istehsalatın nə olduğunu bilməyən, bu günün özündə belə olsa-olsa  həftədə bir-iki dəfə iş yerində görünən, şirkətin vəsaiti hesabına İstanbul-İzmir aviayolunu su yoluna çevirən Yaşar Çorak kimiləri məhsul vəzifələrə irəli çəkildi. Təkcə ”Petkim”də olan bu kimi faktların sayı onlarcadır, amma nə fayda, ciddi bir araşdırma aparılmayacağı təqdirdə İlqar Mehmetoğlunun "etibarlı və istedadlı fətillahçı kadrları” istənilən qeyri-fətullahçının "Kapital”ın müəllifi olduğunu belə asanlıqla” sübut edə”  bilərlər. Məhz İlqar Mehmetoğlunun planları əsasında Gülənci olmayanlara qərəzli münasibət, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin oğlu Tural Mustafayev kimi gənclərin, Füzuli Nəsirov kimi, eləcə də adlarını yenidən sadalamaq istəmədiyimiz türkiyəli  peşəkarların işdən uzaqlaşdırılması bunun sübutu deyilmi? Demək burada məqsəd bir olub:
 
Gülən təriqətindən olmayanların təqibi
 
Ola bilsin ki, bu deyilənlərə bir cavab verilsin ki, bu adamlar işləri, fəallıqları, təşəbbüskarlıqları ilə calışdıqları qrumu həmişə təmin edib, razı salmışlar. Bu cavab isə Türkiyədəki 15 iyul qiyamına kimi bəlkə də qismən qəbul edilə bilərdi, amma bu gün bu barədə heç söhbət belə gedə bilməz. Sizcə İlqar Mehmetoğlu fətullahcı olduğunu inkar edə bilərmi? İnkar etsə belə sübut necə, edə bilərmi? 90- cı illərdə Türkiyənin İzmir şəhərində yerləşən Egey Universitetində və Doqquz Eylul Universitetində təhsil alan tələbə yoldaşlarının  İlqar Mehmetoğlu haqqında xatirələri təkcə gənclik illərinin yadigarı deyil. Digər tərəfdən indi ölkəmizin önəmli qrumlarında çalışan və önəmli vəzifələr tutan adamların xatirələrini şübhəsiz ki, İlqar Mehmetoğlu eşitmək belə istəməz.
 
 Ola bilsin ki, İlqar Mehmetoğlu bu gün ən təhlükəli fərari elan edilən Zəkəriyyə Kuzunu da "tanımır”. O Zəkəriyyə Kuzunu ki, Marmarisdə Prezident Rəcəb Tayyib Ərdoğana yönəlmiş basqının təşkilatçıları sırasında ən əhəmiyyətli simalardan biridir. Çiğli 2-ci Ana Jet Üs Komutanlığındaki "Camaatın imamı” olan bölük komandiri, starşinadır. Amma o, starşina rütbəsində olsa belə  camaat üzvləri arasında baza komandiri kimi daha böyük titula malik olub, ləqəbi da "paşa” olub. Polisin araşdırmalarından və əsgərlərinin verdiyi ifadələrdən,  Marmaris hücumunu təşkil edən general Gökhan Şahin Sönməzatəşlə birlikdə starşina Zəkəriyyə Quzu olub. Hətta hücuma qatılanların  xüsusi olaraq şəxsən starşina Quzunun tərəfindən seçildiyi bildirilir. İddia etmirik ki, İlqar Mehmetoğlu hansı bir plandasa və yaxud çevriliş layihəsində Zəkəriyyə Kuzuya dəstək verib. Hər halda İzmirin Çiğli bölkəsində olan "paşa”nın digər çəkili bir FETO-cu İlqar Mehmetoğlu tərəfindən tanınmaması və iş birliyində bulunmaması mümkün deyil.
Ona da şübhə etmirik ki, bu adam haqqında Türkiyənin əlaqədar orqanlarında kifayət qədər məlumatlar var və bu məlumatlar onun kimliyini birmənalı ortaya qoyur. Amma bizim üçün bu gün İlqar Mehmetoğlunun FETO-cu olduğunu bildirmək də bəs edir. Ən azı ona görə ki, Türkiyənin Avropa İttifaqı (Aİ) işləri üzrə nazir və Aİ ilə danışıqlarda Türkiyə nümayəndə heyətinin rəhbəri Ömər Çelikin dediyi kimi, "Türkiyədə dövlət çevrilişinə cəhdin arxasında duran terror təşkilatının rəhbəri Fətullah Gülən Üsamə Ben Ladendən də təhlükəlidir. Ben Laden açıq-aşkar terrora çağırırdı və onları həyata keçirirdi, Gülən isə son dərəcə təhlükəli təşkilatın rəhbəri olduğu bir halda, dialoq və xoş davranışlarının arxasında gizlənir".
Bu deyilənlər hər bir FETO-cuya, o cümlədən Gülən təriqətinin "SOCAR-Türkiyə”dəki qaranlıq adamlarına da aid edilə bilərmi?-sualına özlərinin cavabı maraqlı olardı. Amma təəsüf ki, indi iş yerlərində də onları tapmaq çətindir: onlar da Türkiyəni - ölkənin bu dar günündə müxtəlif bəraət verəcək adlarla tərk edib xaricə qaçan FETO-çuların sırasındadırlar...
 
ANONS
 
Türkiyədə həbs olunmuş fətullahçı azərbaycanlıların SOCAR-dakı himayədarları...
 
SOCAR-dan "SOCAR Turkey Energy”-yə uzanan görünməz əllər...
 
SOCAR rəhbərliyi Fətullah Gülənin adamlarından niyə çəkinir?
 
Rövnəq Abdullayevin "nurçu" imicini formalaşdıran SOCAR-ın "rəssam"ları...
 
"SOCAR Turkey Energy” şirkətinin yanında dili qısa olan SOCAR-ın dəllalları...
 
SOCAR-ın hansı kompromatları "SOCAR Turkey Energy”-nin əllində idi?
 
Bütün bunları yalnız Miq.Az-ın növbəti yazısında oxuya bilərsiniz...
 
Bizi izləyin!
 
Miq.Az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az