Bu gun saat 11-də Reportyorlarin Azadliq Təşkilatında Uluslarasi Guney Azərbaycan Türkləri Konseyi Təbriz yaxinlıqında Vərziqan, Əhər və Heris də baş verən zəlzələ ilə baqlı mətbuat konfrasnı keçirib. Konfransı giriş sözü ilə açan Ululararsı Guney Azərbaycan Türkləri Konseyi (UGATK) Azərbaycan üzrə səlahiyyətli təmsilçisi Aynur İmranova Güney Azərbaycandakı vəziyyətin aqırlıqı barədə məlumat verib. Sonra sözü UGATK İdarə Heyətinin üzvü Firudiin Cəlilov alaraq baş verən hadisələr fonunda İranın, Azərbaycanın və Türkiyənin tutduqu mövqedən, televizyalarda bu məsələyə lazımi qədər önəm verilməməsindən danışıb. Eyni zamanda məsələ ilə baqlı İdarə Heyətinin üzvləri Türkiyənin Kırklareli universtetinin müəllimi Gülarə Yenisey, Baba Taqiyev, Talıyət Əliyev da danışıblar. UGATK İH üzvü Gularə Yenisey qeyd edib ki, bu gün Azərbaycan xalqının əhdə-vəfa günüdür. Hər kəs millətinə nə qədər sahib cıxdıqını göstərməlidir. UGATK İH üzvü Baba Taqıyev Güney Azərbaycanda baş verən zəlzələ zamanı İranın tutduqu mövqenin doqru olmadiqını, bütün müsəlman dünyasının mısılıyı münasibət göstərməsinin vacibliyini vurquladı. "Güney Azərbaycanda baş verən zəlzələ və onun nəticələri doğurdan da ürəkləri sarsıb və minlərlə soydaşımız tələf olub"-deyən sabiq millət vəkili əlavə etdi ki, İran iqtidarının hadisələrin baş verdiyi ərazilərdə zəlzələdən və fəlakətdfən əziyyət çəkən insanlara qarşı yanaşması insani dəyərlərdən kənardır.
“ İran bu gün elə bir vəziyyətdədir ki, artığ bir çox hadisələrdən qorxmağa başlayıb. Bunun nəticəsidir ki, iran bu gün dünyanın qəbul etdiyi dəyərlərdən qaçır. Qeyd etmək lazımdır ki, İran azərbaycan xalqının, bütün türk xalqlarının və dünya müsəlmanların ,eləcə də,sabitliyin və demokratik inkişafın qarşısında əngəl olaraq duran işğalçı Ermənistanla, İranın qul-beçəsi olan Suriya-Bəşər əsəd rejimi və PKK teror təşkilatı ilə iş birliyindədir”. B.Tağıyev çıxışı zamanı İran prezidenti Mahmud Əhmədi Necatın son davranışlarına da diqqətin çəkilməsinin vacibliyini vurğuladı.
"Müsəlman dövlətlərinin toplantısında iştirak edən Mahmud Əhmədi Necat ölkəsində baş verən və insan təlafatına yol açan zəlzələdən və onun nəticələrindən danışmaqdansa, çox təssüüflər olsun ki, o daha çox Suriyada öz xalqına qarşı soyqırım həyata keçirən və minlərlə insanın ölümünə səbəb olan,qardaş qırğının əsas günahgarı Bəşrə Əsəd rejimini müdafiə edən çıxışla yadda qaldı.BU açıq şəkildə həm M.Ə.Necatın baş verən hadisələrə münasibətini,eyni zamanda da Tehran rejiminin proseslərə yanaşmasıdı". sabiq millət vəkili bildirdi ki, baş verənlərə bu şəkildə laqeydlik və görməzdəngəlmə siyasəti insanlığa sığmır və bunu Allah götürməz.
"Zəlzələnin baş verdiyi gündən bu yana həm Azərbaycan dövləti,eyni zamanda qardaş Türkiyə Respublikası fəlakətin baş verdiyi əraziə maddi yardımların çatdırlıması üçün bir səfərbərlik başlayıb.Artıq demək olar ki, göndərilən yardımların ilkin hissəsi fəlakət bölgəsinə çatıb.Amma çox təssüflər olsun, iran rejimi fəlakətin baş verdiyi ərazilərdə qurtarma əməliyyatlarında iştirak etmək istəyən mütəxəsislərin ora getməsinə manilər yaradır.Bu maniələrində əsası viza ilə bağlıdır ki, Tehran rejimi suni şəkiləd viza problemi çıxarmaqla, həm Azərbaycandan getmək istəyən,eyni zamanda Türkiyədən getmək istəyən mütəxəsislərin qarşısını almağa çalışır. Bütün bunlara baxmayaraq ordakı soydaşlarımızın xilasetmə işlərində Azərbaycan dövləti öx mütəxəsislərin göndərmək üçün bütün imkanlardan istifadə edir". Çıxışı zamanı onuda bildirdi ki, üç həftə öncə İran prezidenti İrəvanda Ermənistanın qaza olan təlabatının qarşılamaq üçün bu işğalçı ölkə ilə qazın satışına dir müqavilə imzalayır.Amma Təbrizin 60 km-də yerləşən yaşayış məntəqələri uzun illərdi ki, mavi yanacağa həsrətdi.
"İran rejimi xalqın yeraltı sərvətini onun təminatının qarşılamağı belə sərf etməyi özünə çox görür. Amma Azərbaycan əyalətlərində çıxarılan mavi yanacaq, Azərbaycan torpaqların işğal edən Ermənistana satılır.Bu artıq islamiyyətdən, müsəlmançılıqdan uzaq və Azərbaycan xalqına qarşı şovinist bir siyasətdir".
UGATK üzvü Taliyet Əliyev zəlzələdən zərər çəkənlərə maksimum yardım edilməsinin vacibliyini, kütləvi qırqının qarşısının alınmasının vacibliyini bildirib. Mətbuat konfransının sonunda jurnalistlər üçün press reliz təqdim edilib. Press relizin tam mətnini təqdim edirik. Sonda Konseyin Azərbaycan təmsilçisi Aynur İmranova UGATK adından Azərbaycan Respublikasının prezidentinı, beynəlxalq təşkilatlara bölgəyə yardım və müdaxilə ilə baqlı müraciət edildiyini bildirdi.
“Güney Azərbaycanda avqustun 11-dən başlayan zəlzələdən sonra hələ də silkələnmələr davam edir. Məlumatlara görə 72 saat ərzində 930 dəfə silkələnmələr olmuşdur. Ümumən 120.000 insanın maddi, fiziki xəsarət aldığı bunların içində həyatını dəyşənlər də olduğu bildirilir. Təxminən 3 şəhərin, 200 kəndin ağır zərər gördüyü, 66 kəndin tamamən yox olduğu aldığımız xəbərlər arasındadır. Amma bunlar təbii ki, ən dəqiq məlumatlar deyil. Çünki İran rejimi bölgəni qapalı elan edib. Gələn yardınları qəbul etmir, insanları zəlzələ zonasına buraxmır. Türkiyədən glən yardımları da, İranda fəaliyyət göstərən Türkiyəli agentliklərin jurnalistlərini də geri göndərib. Amma özü də lazımi səviyyədə bölgəyə müdaxilə etmir, yardım göstərmir. Yerli əhalinin də bir-birinə köməyinə mane olur, xəstəxanalara qan vermə üçün müraciət edənlərin istəyi yerinə yetirilmir, xilasedici kimi bölgəyə gedənlər “oğurluq halları ilə mübarizə”adı altında geri qaytarılır. Dağıntılar altında hələ də insanların qaldığı bildirilir. İranın Qızılay rəhbəri isə dağıntı altında qalan olmadığı barədə bəyənt açıqlayır.
Ululararsı Guney Azərbaycan Türkləri Konseyi (UGATK) olaraq İran İslam Respublikasına Güney Azərbaycanda baş verən zəlzələ nəticəsində soydaşlarımızn problemlərinə göz yumduğu, onlara laqeyd münasibət göstərdiyi, insanları ölümünə tərk etdiyi üçün öz etirazımızı bildirirk. Hesab edirik ki, İİR apardığı siyasət, öz vətəndaşlarına qarşı tutduğu mövqe dövlətçilik baxımından yolverilməzdir. Güney Azərbaycan türklərinə qarşı aparılan siyasətin onların milli kimliyindən qaynaqlandığını bilirik və bu İran tərəfindən həyata keçirilən özünəməxsus bir soyqırımdır. UGATK İrandan təcili bu soyqırıma son qoymasını, Güney Azərbaycana lazımi və zəruri köməyin göstərilməsini təmin edilməsini tələb edir.
Eyni zamanda UGATK olaraq bütün dünyaya, insan haqları təşkilatlarına, Birləşmiş Millətlər Təşkilatına müraciət edirik. İranda zəlzələ sonucu insanların ölümünə tərk edilməsi insan haqlarının ciddi şəkildə pozulmasıdır. İnsan haqları isə heç bir ölkənin daxili işi deyil. Artıq dünyadakı beynəlxalq və insan haqları təşkilatları bu məsələyə öz münasibətini bildirməli, İrana apardığı bu yolverilməz siyasəti dayandırması, ordakı insanları bir dövlət kimi öz yardımını göstərməsi üçün təzyiq etməlidir. Dünya artıq bu soyqırıma “DUR” deməlidir! Biz Güney Azərbaycan məsələsinə ƏDALƏT tələb edirik!”