“Gürcüstan dünya xəritəsindən silinə bilər” – Saakaşvilidən xəbərdarlıq

“Gürcüstan dünya xəritəsindən silinə bilər” – Saakaşvilidən xəbərdarlıq

"Gürcüstan hökumət dəyişməsə 1-2 ildən dünya xəritəsindən silinə bilər”.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq lideri Mixail Saakaşvili Tbilisi prezident kitabxanasında "Birlikdə Evimiz Gürcüstana” ictimai birliyinin təqdimat mərasiminə Skype ilə qoşulan zaman deyib.

"Əgər hökuməti vaxtında dəyişməsək, gürcü dövləti artıq olmayacaq. Biz dünyada 1 nömrəli islahatçı ölkə idik, indi isə heç yerdə təmsil olunmuruq”.

Saakaşvilinin sözlərinə görə, onun prezidentliyi zamanı ölkə iqtisadiyyatı 4 dəfə böyüyüb.

"Amma İvanişvili dövründə bu göstərici sıfıra bərabədir. Həmçinin, 1 milyon həmvətənimiz mühacirətdədir”.

Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstana rəhbərlik edib. 2014-cü ildən Gürcüstan Prokurorluğu onu "vəzifə səlahiyyətlərindən sui-istifadə”də ittiham edərək milli axtarışa verib. 2017-ci ildən siyasətçi Amsterdam şəhərində yaşayır.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az