"Biz çalışırdıq ki, hər bir gənc oğlan və qıza, ziyalıya, əkin sahələrində çalışan kənd adamlarına sazişlə bağlı birbaşa Azərbaycan dilində ətraflı məlumat verək"
Gürcüstan Prezidentinin milli azlıqlar üzrə müşaviri Sofiya Şamanidi azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Dmanisi bölgələrinə səfər edib. Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Gürcüstanın Avropa Birliyi ilə assosiativ saziş imzalaması və avrointeqrasiya məsələləri barədə söhbət aparılıb. S. Şamanidi azərbaycanlıların bu barədə məlumatlarının az olduğunu və son günlər yalnız Marneulidə deyil, Kvemo-Kartli bölgəsinin azərbaycanlıların kompakt yaşadığı bütün rayonlarda mövzu ilə bağlı maarifləndirmə işinin gücləndirildiyini bildirib:
“Bizimlə birlikdə görüşlərdə Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr də iştirak edib. Biz çalışırdıq ki, hər bir gənc oğlan və qıza, ziyalıya, əkin sahələrində çalışan kənd adamlarına sazişlə bağlı birbaşa Azərbaycan dilində ətraflı məlumat verək. Sabah qəbul olunacaq sazişin məqsədi və əhəmiyyəti barədə söhbətlər apardıq. Görüşlərimizin müsbət nəticəsi bu oldu ki, hamıda AB ilə Gürcüstanın assosiasiya sazişinin imzalanması prosesinə maraq oyada bildik, eyni zamanda bu mövzuda Azərbaycan dilində nəşr olunan bukletlər və kitabçalar payladıq”.
Qeyd edək ki, iyunun 27-də Brüsseldə AB ilə Gürcüstan arasında assosiasiya sazişinin imzalanacağı gözlənilir.
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto