Gürcüstanın Bolnisi rayonunda iki azərbaycanlının evinə silahlı hücum olub.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisələr ötən gecə Bolnisi rayonunun Bala Muğanlı və Molla Əhmədli kəndlərində qeydə alınıb. Bu, Bolnisi rayonunda yaxın günlərdə baş verən 4-cü hadisədir. Hadisə barədə APA-ya məlumat verən yerli sakinlər hücum edənlərin Bala Muğanlı kəndində yaşayan Rza Abbasovun ailəsinə işgəncə verdiklərini, ailə üzvlərini döydüklərini deyiblər. R. Abbasova bıçaqla xəsarət yetirilib, həyat yoldaşının saçları kəsilib. Basqın edənlər onların əl-ayaqlarını, ağızlarını bağladıqdan sonra pul və qızıl tələb ediblər. Nəticədə ev sahibi quldurlara 1.300 lari və Rusiyada yaşayan qudasının 15 min dollar dəyərində olan əmanətini verməli olub.
Hücuma məruz qalan Molla Əhmədli kənd sakini Mətləb Bayramovun evinə isə 5 nəfər maskalı basqın edərək onun həyat yoldaşını döyüblər. Maddi vəziyyəti pis olan ailənin basqınçılara verməyə pulları olmayıb. Bunu görən silahlılar evdə qonaq olan qadının -M.Əhmədlinin bibisinin üzüyünü və sırğalarını zorla əlindən alıblar.
Hər iki faktla bağlı Bolnisi rayon Polis İdarəsində cinayət işi qaldırılıb. Polis İdarəsinin adını açıqlamaq istəməyən əməkdaşının APA-nın müxbirinə verdiyi məlumata görə, polislər hadisə yerində olub və əl izlərini götürüblər: “Biz hazırda açıqlama verə bilmərik, çünki bu, cinayətin açılmasına mane olar”.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT