Gürcüstandan Azərbaycana hücum planı
Ermənilər uydurma soyqırım gününü "qeyd etməyə” hazırlaşırlar
Gürcüstanın 99% ermənilərdən ibarət Axalkalaki rayonunun yerli təmsilçilitk orqanı (sakrebulo) "Osmanlı imperiyasında ermənilərin soyqırıma məruz qalması" ilə bağlı fövqəladə iclar keçirməyə hazırlaşır.
İstiPress məlumatına görə, "Vestnik Kavkaza"nın əməkdaşı hadisə yerində olub və baş verənlərlə bağlı dəqiq məlumat alda bilməyib. Sakrebulo üzvləri deputat qrupu tərəfindən belə bir sənədin hazırlandığın bildiriblər, amma hər hansı şərh verməyiblər.
Sakrebuloya deputat qrupu tərəfindən təqdim edilmiş sənəddə deyilir ki, 1915-ci ildə baş vermiş hadisələr "artıq inkişaf etmiş ölkələr, beynəlxalq təşkilatlar, müxtəlif ölkələrin ayrı-ayrı regionları və şəhərləri tərəfindən mühakimə edilmiş cinayətdir".
"Vestnik Kavkaza" yazır ki, məsələ Türkiyə və Azərbaycanla Gürcüstanın münasibətlərini poza bilər: "Məsələ siyasi, hətta geosiyasi xarakterlidir və Gürcüstanın qonşu ölkələrlə münasibətlərinə təsir göstərə bilər”.
Axalkalaki - Gürcüstan
Ola bilər ki, Axalkalaki sakrebulosu son zamanlar Gürcüstanla Ermənistan arasında istilənən münasbətlərdən həvəslənərək bu addımı atıb. Belə ki, aprelin əvvəlində Gürcüstan Qarabağ münaqişəsinə görə Azərbaycan və Türkiyə tərəfindən iqtisadi blokadaya salınmış Ermənistanın iqtisadiyyatının dirçəldilməsi istiqamətində addım atıb.
Ermənistanın baş naziri Karen Karapetyan öz "Facebook” səhifəsində yazmışdı:
"Əvvəllər Gürcüstan və Rusiya ərazisindən yük daşımaları yüksək tariflə gerçəkləşdirilirdi. Bu, həm prosesin özündə, həm də tarif siyasətində özünü göstərirdi. Bu istiqamətdə yük daşımaların tarifinin azaldılması üçün Ermənistan, Gürcüstan və Rusiya arasında üçtərəfli danışıqlar keçirilib”,- deyə Karen Karapetyan bildirib.
Ermənistan baş naziri bildirib ki, Gürcüstanla tariflərin azaldılması üzrə anlaşma fevralın 22-dən qüvvəyə minir. Rusiya tərəfinin təqdim etdiyi endirimlər isə martın 13-dən qüvvədədir.
"Nəticədə, Moskva - İrəvan istiqamətində dəmir yolu və bərə nəqliyyatının tarifləri 1 yanvar 2017-ci ildən qüvvədə olan tariflərlə müqayisədə 32-35% azalıb. Yükün növündən asılı olaraq İrəvan - Moskva istiqamətində daşımalar isə 52-54% azalıb", - deyə Karapetyan vurğulayıb.
Miq.Az