Bu müzakirənin səbəbi şəhərdə günəş batdığı zaman yuxarı mərtəbədə yaşayanların bir müddət günəşi görməsidir.
"Vətəninfo.az" xəbər verir ki, Dubayda oruc tutaraq dünyanın ən hündür binası 828 metrlik “Bürc Xəlifə”nin yuxarı mərtəbələrində yaşayanlar üçün xüsusi fətva verilib. Din xadimləri arasında başlayan bu müzakirənin səbəbi isə şəhərdə günəş batdığı zaman yuxarı mərtəbədə yaşayanların hələ də bir müddət günəşi görməsidir. Bəzi din alimləri bu səbəblə yuxarı mərtəbədə yaşayanların bir az daha artıq oruc tutmalı olduğunu bildirib.
Əhməd Əbdüləziz əl Həddad “Reuters” agentliyinə verdiyi açıqlamada yuxarı mərtəbədə yaşayanların 2 dəqiqə artıq oruc tutmalı olduqlarını deyib.
Başqa bir din alimi Muhamməd əl Qubeysi də onun bu fikirlərini dəstəkləyərək 80-ci mərtəbədən yuxarıda yaşayanların 2 dəqiqə, 150-ci mərtəbə və daha yuxarıda yaşayanların oruclarını bundan daha gec açmalı olduqlarını bildirib. Əl Qubeysi, İslam qaydalarına görə, dağlarda yaşayanların dəniz sahilində yaşayanlardan sonra oruclarını açmaq şərti olduğunu da qeyd edib.
ANSPRESS
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?