Hacıqabulda çaqqal çobanın barmağını qopardı

Hacıqabulda çaqqal çobanın barmağını qopardı

Hacıqabul sakini qoyun otaran zaman çaqqal hücumuna məruz qalıb.  "ARB TV”yə istinadən verilən xəbərə görə, hadisə rayonun Ağacanlı kəndi ərazisində baş verib.

Kənd sakini Mətləb Mirzəyev səhər saatlarında heyvanlarını örüş sahəsinə ötürüb geri qayıdarkən çaqqal ona hücum edib. Mirzəyev üzərinə atılan yırtıcını kənarlaşdırmaq istəyərkən vəhşi heyvan onun diz nahiyəsini və barmaqlarını dişləyib. Nəticədə, kişinin sol əl barmağının uc hissəsi qopub. Özünü itirməyən Mətləb Mirzəyev çaqqalı öldürüb.

Xəstəxanaya gedən şəxsə quduzluğa qarşı vaksin vurulub. Qoparılan barmaq yerinə bərpa olunub.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az