Hakerlər Putinin “Birbaşa xətt”inə hücum etdi

Hakerlər Putinin “Birbaşa xətt”inə hücum etdi
Hakerlər Rusiya prezidenti Vladimir Putinin "Birbaşa xətt” xüsusi proqramının keçirilməsinə mane olmağa çalışıblar.
 
Publika.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "lenta.ru” saytına açıqlamasında deyib.
 
"Hakerlər videozənglər üçün istifadə olunan proqramı sındırmağa çalışırdılar. Bundan başqa, "Birbaşa xətt” proqramının saytına hücumlar edilirdi. Bir dəfə hətta qısa müddət ərzində saytın fəaliyyəti dayandırılıb, amma onun işini tez bərpa etdilər”, - deyə Kremlin nümayəndəsi bildirib.
 
Qeyd edək ki, Vladimir Putin dünən rusiyalılarla birbaşa yayımda 3 saat 40 dəqiqə ərzində 75-dən çox suala cavab verib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az