Hakim partiyadan olan siyasətçiyə silahlı hücum

Hakim partiyadan olan siyasətçiyə silahlı hücum
Türkiyənin Hakkari əyalətində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yerli aparıcı fiqurlarından Ahmet Budak yaşadığı evin qarşısında aldığı güllə yarasından xəstəxanada ölüb.

Türkiyə KİV-i xəbər verir ki, o bu gün səhər saatlarında əyalətin Şemdinli rayonunda güllələnərək yaralanmışdı.

Məlumata görə, Şemdinli dövlət xəstəxanasında həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbərdə bildirilib ki, A.Budak 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkilərində Hakkaridən millət vəkilliyinə 1 saylı namizəd olub.("Report")

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az