Hansı rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də məsuliyyətə cəlb olunmalıdır?

Hansı rayonların  hüquq-mühafizə orqanlarının rəhbərləri də məsuliyyətə cəlb olunmalıdır?


YAP-dan GÜNDƏMİ SİLKƏLƏYƏN AÇIQLAMA: "İcra başçısı həbs olunan rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də məsuliyyətə cəlb olunmalıdır”

"İcra Hakimiyyətinin başçıları həbs olunan rayonlarda hüquq-mühafizə orqanları da məsuliyyət daşıyır”.

Miq.Az-ın APA-ya istinadən məlumatına görə bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.

"Çünki onlar rayonlarda baş verən qanunsuzluqlara bağlı məlumatı vaxtında yuxarıdakı aidiyyəti qurumlara və ölkə başçısına yazıb hesabat verməli idilər. Əgər vaxtında belə hesabatlar və məlumatlar ölkə başçısına daxil olsaydı, vəziyyət bu həddə çatmazdı. Ona görə də hesab edirəm ki, bu işdə həmin rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də məsuliyyət daşıyırlar. Odur ki, icra başçıları ilə yanaşı, onlar da məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır”, – deyə o bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az