“Heç yerə gedəsi deyiləm” - Ziya Məmmədov

“Heç yerə gedəsi deyiləm” - Ziya Məmmədov
20 ilə yaxın tutduğu nazir postundan sonra Ziya Məmmədovun hansı işlə məşğul olacağı ictimaiyyət üçün maraqlı olaraq qalır. Bəzi iddialarda sabiq nazirin Azərbaycanı tərk edəcəyi də deyilir.

Aktual.az  xəbər verir ki, gununsesi.info-nun əməkdaşı sabiq nəqliyyat naziri Ziya Məmmədovla telefon əlaqəsi saxlayaraq, bu barədə ona sual ünvanlayıb.

Saytımıza açıqlamasında Ziya Məmmədov hazırda evində olduğunu, istirahət etdiyini deyib: "Mən evimdəyəm. Heç yerə də gedəsi deyiləm”.

"Hansı işlə məşğul olmağı düşünürsünüz, uzun illər hakim komandanın üzvü kimi yeni təyinat gözləyirsinizmi” sualına isə sabiq nazir belə cavab verib: "Nə işlə məşğul olacağımı mən bilirəm. Bu başqaları üçün niyə maraqlı olmalıdır ki? Kimsəyə də hesabat vermirəm. Sizə də təşəkkür edirəm”.
 
Aktual.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az