Həcc ziyarətinə uşaq aparmaq qadağan edilib? - QMİ cavabladı

Həcc ziyarətinə uşaq aparmaq qadağan edilib? - QMİ cavabladı
Həcc ziyarətinə uşaq aparmağın qadağan edilməsi ilə bağlı bizə rəsmi bildiriş gəlməyib.

Miq.az xəbər verir ki, bunu QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri APA-ya açıqlamasında deyib.

"Bununla bağlı Səudiyyə Ərəbistanın bəzi xəbər portallarında məlumat yayılıb. Amma çox güman ki, bu, ərəbistanlılara aiddir. Ümumən, biz körpə uşaqları aparmırıq. 12 yaşdan yuxarı uşaqların getməsinə icazə veririk. Kimsə aparmaq istəsə, tövsiyə edirik ki, uşaq orada əziyyət çəkəcək. Məsələn, bu il müraciət edən zəvvarlardan biri uşaqlarını aparmaq istəyirdi, bizdən tövsiyə aldı, biz də bildirdik ki, uşaq üçün təhlükəlidir”, – o qeyd edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az