Hədəf bəlli oldu: Rus ordusu bu əraziləri ələ keçirmək istəyir

Hədəf bəlli oldu: Rus ordusu bu əraziləri ələ keçirmək istəyir

"Rusların Donetsk vilayətinə hazırda davam edən hücumu Donbasda E40 magistralının şimal-şərqində məhdud irəliləyişi təmin edə, Slavyansk və ya Baxmutun işğalı ilə nəticələnə bilər”.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Müharibə Araşdırmalar İnstitutunun (ISW) analitikləri bildirib.

ISW-nin məlumatına görə, son bir neçə həftə ərzində Rusiya ordusu Slavyansk istiqamətində ciddi uğur əldə etməyib və bütün Donetsk vilayətində kiçik və nisbətən əhəmiyyət kəsb etməyən yaşayış məntəqələri uğrunda yerli döyüşlərdə gücünü azaltmağa davam edir. Xüsusən də rus qoşunları Lisiçanski ələ keçirdikdən sonra Severski almağa çalışsalar da, iyulun 20-nə olan məlumata görə, hələ də şəhərə çatmayıblar.

Həmçinin qeyd olunur ki, rus işğalçıları Baxmuta birbaşa hücuma keçə bilməyərək onun şərqində və cənubunda kiçik yaşayış məntəqələri uğrunda gedən döyüşlərdə xeyli dərəcədə ilişib qalıblar. Slavyanska hücum cəhdləri dayanıb və bir neçə həftə ərzində əhəmiyyətli bir uğur əldə edilməyib.

"Qısa operativ fasilədən sonra işğalçıların aktiv hücumunun bərpası hələlik əhəmiyyətli irəliləyişlərə səbəb olmayıb, baxmayaraq ki, qüvvələrin bərpası yaxın günlərdə məhdud uğur gətirə bilər. Rusiya qoşunları indi nisbətən az məskunlaşma olan və açıq ərazilərdə irəliləməyə çalışırlar”, - ISW vurğulayıb.

ISW-nin proqnozlaşdırdığı kimi, rus qoşunları Slavyansk və Baxmut ətrafında E40-a yaxınlaşdıqca ukraynalı müdafiəçilər üçün daha əlverişli olan ərazi ilə qarşılaşacaqlar: "Bu, əhalinin sıxlığı və ərazilərin inkişafı ilə izah olunur. Buna görə də, Rusiyanın Donbasdakı hazırkı hücumu çox güman ki, yaxın həftələrdə E40 yolu boyunca kulminasiya nöqtəsinə çatacaq”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az