Hədəf Nəşrlərinin 10 illiyi -Yubiley tədbiri

Hədəf Nəşrlərinin 10 illiyi -Yubiley tədbiri

Dünən Hədəf Nəşrlərinin 10 illiyi münasibtilə yubiley tədbiri keçirilib.
Miq.Az xəbər verir ki, tədbirdə ölkənin tanınmış ziyalıları, yazıçı və şairlər, millət vəkilləri, iş adamları iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan nəşriyyatın təsisçisi Şəmil Sadiq Hədəf Nəşrlərinin 10 il ərzində keçdiyi yola nəzər salıb və nəşriyyatın həyata keçirdiyi layihələrdən danışıb:

"Fəaliyyət göstərdiyimiz illərdə insanların kitaba olan marağını daha da artırmaq əsas hədəfimiz olub."Hədəf" nəşrləri eyni zamanda abituriyent hazırlığı ilə də öndədir. İldən ilə tələbə qəbulu üzrə nəticələrimiz artır. İnanırıq ki, qarşıdakı illərdə də daha yüksək nəticələr əldə edəcəyik".

Tədbirdə iştirak edən deputat Fazil Mustafa bu addımı yüksək qiymətləndirərək bildirib ki, ölkəmizdə kitab nəşrlərini həyata keçirən nəşriyyatlar arasında "Hədəf"nəşrlərinin xüsusi rolu var:
"Ölkədə kitab istehsalının çox olması təqdirəlayiqdir. Bu sahədə inkişafımız olsa da müəyyən boşluqlar var.

 Bu boşluqlardan yan keçmək mümkün deyil. Məsələn, qonşu ölkələrlə müqayisədə Azərbaycanda kitaba olan əlavə dəyər vergisi 18 faizdir. Düşünürəm ki, bu rəqəm götürülsə, nəşriyyatlara da daha geniş yol açılmış olar. Mən bir millət vəkili kimi bu məsələni Milli Məclisin müzakirəsinə çıxaracam. İnanıram ki, bu məsələnin həllinə baxılacaq".

Tədbirdə çıxış edən  digər qonaqlar da nəşriyyatın uğurlu fəaliyyətinə diqqət çəkmiş, kollektivə və nəşriyyatın rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbirdə nəşriyyatın fəaliyyətinə dəstək verən media və ictimaiyyət nümayəndələri, yazıçı və tərcüməçilər təşəkkürnamə ilə təltif edilmiş, dəvət edilən bütün qonaqlara "Ustad" dərgisinin xüsusi buraxılışı və bədii kitablar, hədiyyə edilib. Daha sonra nəşriyyatın fəaliyyətinə fəal dəstək verən 50 nəfər qonağa nəşriyyatın nəşr etdiyi "Xatirə ədəbiyyatı" dəsti hədiyyə edilib.

İmamət İsmayılova



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az