“Həmrəy” bəyanat verdi: "Vətən yolunda sıraviyik!"
"HƏMRƏY”liyimiz gələcəyimizin uğurudur!
"Həmrəy” Gənclərin Maarigləndirilməsinə Dəstək İctimai Birliyi könüllü fəaliyyətinin təşkilini təmin edən aidiyyəti qurumlara müraciət ünvanlayıb.
TƏMƏNNASIZ olaraq, biz, "HƏMRƏY”çilər könüllü fəaliyyətinə qoşulduğumuzu bəyan edirik!
COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar reallaşdırılan müvafiq tədbirlərin yerinə yetirilməsində yaxından iştirak etməyə hazırıq.
Şəxsən səfərbərəm, ən çətin sahədə və ən təhlükəli yerdə olmağı, həmin işləri koordinasiya etməyi öz üzərimə götürürəm.
Bu bir ümumxalq taleyüklü məsələdir, milli təhlükəsizliyimiz üçün həyati vacib əhəmiyyət kəsb edir.
Belə vaxtda və şəraitdə Vətən naminə xidmət etmək şərəf borcumuzdur.
Müqəddəs Dövlətimizi sevmək və qorumaq başlıca amalımızdır.
"Biz bir ailəyik”, #evdəqalın - köməyinizə gələrik...
Unutmayaq, birləşmiş qüvvə daha güclüdür. Vətəndaşların harmoniyası ölkələrin mühafizə və müdafiə divarları kimidir.
Vətən yolunda sıraviyik -
"HƏMRƏY”liyimiz gələcəyimizin uğurudur!
"HƏMRƏY”çilər adından,
Sizin Yəhya Babanlı