Hər müəllim bir aylıq maaşın verməlidi

Hər müəllim bir aylıq maaşın verməlidi

Beyləqannın Baş Həkimi isə abadlıq üçün 30 000 min AZN verib

Beyləqanını İcra başçısı Vaqif Abdullayev bir neçə gün bundan əvvəl Təhsil və Səhiyyə işçilərini toplayraq iclas keçirib. Böyük inkişafdan dəm vuran İcra başçısı sonda bildirib ki, Beyləqanda abadlıq işləri aparmaq üçün hər bir direktor və hər bir xəstəxananın baş həkimi 500 manat verməlidir. Ancaq bu hələ hamısı deyil. İcra başçısı bildirib ki, hər bir müəllim və hər bir səhiyyə işçisi rayonun abadlaşdırılması üçün bir aylıq maaşını verməlidir.

Bu barədə məlumat verən mənbə bildirir ki, artıq rayonu büdcə işçiləri neçənci dəfədir ki, Beyləqanın aballaşdırılması üçün pul verirlər. Qeyd edək ki, daxil olan məlumatı yoxlamaq üçün PİA.AZ-ın əməkdaşı bir neçə məktəb direktoruna müraciət edib. Direktorlar faktı təsdiq ediblər, lakin onlar adlarının çəkilməsini istəmədikləri üçün biz onları adları ilə təqdim etmirik. Faktı eyni zamanda bizə Təhsçil şöbəsinin yüksək vəzifəli məmuru da təsdiq etdi.

Beyləqan Mərkəzi Xəstəxanasının Baş həkimi Hüseyn həkimlə telefonla əlaqə sağlamağa çalışsaqda, o, telefona cavab vermədi. Sualımızı cavablandıran baş həkimin katibəsi isə bildirdi ki, Hüseyn həkim pulu yığıb cibinə qoymur ki? İcra başçısı ona tapşırıb, o da yığır. Bir aylıq maaş nədir ki? Hüseyn həkim 30 min manat verib. Onda bəs baş həkim neynəsin?

Doğurdan da maraqlı sualdır...

Qarşı tərfin mövqeyini dərc etməyə hazırıq..



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az