"Hər şey əladır" - Murad Dadaşovdan qolunun çıxması xəbərinə REAKSİYA


Azərbaycan Respublikasının Xalq artisti, Xəzər TV-nin prezidenti Murad Dadaşovla bağlı sosial şəbəkələrdə ildırım sürətilə yayılmış xəbər böyük səs-küy yaradıb.

 

Mənbəyi göstərilməyən paylaşımlarda iddia olunur ki, guya Murad Dadaşov ötən gün prezident seçkilərinin nəticələri elan olunduqdan sonra sevincini alqışlarla ifadə edərkən qolu çıxıb. Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Murad Dadaşov sosial şəbəkələrdə yayılmış xəbərləri təkzib edib:

 

"Sosial şəbəkələrdə haqqımda yayılan xəbərlərin heç bir əsası yoxdur, boş məlumatdır. Hər şey əladır. Sizə və əzizlərinizə can sağlığı və gözəl əhval-ruhiyyə arzulayıram. Maraqlandığınız üçün də təşəkkür edirəm”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az