«Hərbçilərin sosial rifah halının yaxşılaşdırılmasına yönəlik addımlar atılacaq»

«Hərbçilərin sosial rifah halının yaxşılaşdırılmasına yönəlik addımlar atılacaq»

Bu gün hərbçilərin evlə təmin olunma məsələsi aktual problemlərdən biri olaraq qalır. Bundan başqa digər məsələlər də var ki, hərbçilərin narazılığına səbəb olur. Bunlardan biri Nazirlər kabinetinin son qərarı - 1994-2006-cı illərdə məzuniyyətə çıxmamış hərbçilərə pul kompensasiyasının verilməsi ilə bağlıdır. Bu qərar istefada olunanlara şamil olunmaması sual yaradır. Bu məsələlərlə bağlı «Vətəninfo»nun suallarını millət vəkili, Milli Məclisinin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc cavablandırdı. Onun sözlərinə görə, hərbçilərirn evlə təminatı ordu qurculuğunun sosial təminat sferasında dövlətin qarşısında dayanan mühüm bir vəzifədir. Onun sözlərinə görə, 2013-cü ildən başlayaraq Azərbaycanda mənzil məişət şəraitinin dövlət tərəfindən ön yerə qoyulmalıdır. Yaxın perspektivdə hərbçilərin maaşlarının artırılmasına gəlincə isə millət vəkili dedi ki, orduya ayrılan vəsaitlər büdcədə büdcədə ümumən nəzərdə tutulub: «Bilirsiniz ki, 1 milyard 528 milyon manat bilavasitə müdafiə sektoru üçün nəzərdə tutulub. Amma əlavə olaraq 1,2 milyard manat da digər xərclərin tərkibindədir. Beləliklə də ümumilikdə orduya yönələn xərclər çəkili bir səviyyə alır. Bu dövlət büdcəsində mühüm faiz təşkil edir. Belə olan təqdirdə zənn edirəm ki, Azərbaycanın müvafiq qurumları həmin sahədə çalışan çoxminli kontingentin həyati zərurət daşıyan ehtiyaclarını dərindən bilirlər. Bunlar araşdırılıb və dövlət başçısına məruzə olunub. Əminəm ki, buna yönəlik addımlar da atılacaq».

Firudin



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az