Hərbçimiz yol qəzasında həlak oldu

Hərbçimiz yol qəzasında həlak oldu
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Yardımlı rayon sakini, 1978-ci il təvəllüdlü Rəfayel İsmi oğlu Tərlanov idarə etdiyi "Mercedes” markalı avomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşını aşırıb. Qəza nəticəsində sürücü R. Tərlanov ağır bədən xəsarətləri alıb və Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildiriblər ki, onun vəziyyəti orta ağırdır.

Avtomobildə olan sərnişin - Qobustan rayon sakini, 1992-ci il təvəllüdlü Mirdamət Rahib oğlu Qocayev isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, dünyasını dəyişən 24 yaşlı gənc hərbçi olub və həmin gün onun doğum günü imiş.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.(Anspress.com)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az