Hərbi çevriliş cəhdi - İlk rəsmi açıqlama

 Hərbi çevriliş cəhdi  - İlk rəsmi açıqlama
Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul və Ankara şəhərlərində körpülər qapadılıb.

Qafqazinfo Reuters-ə istinadən xəbər verir ki, Ankarada silah səsləri eşidilir. Küçələrdə, körpülərdə keşik çəkən polislər vətəndaşlara evlərinə qayıtmağı, yollara çıxmamağı tövsiyyə edirlər.

Türkiyə Baş naziri Binəli Yıldırım məsələ ilə bağlı ilk açıqlamasını verib. O, NTV telekanalına qısa çıxışında bildirib ki, ilkin ehtimala görə, ölkədəki bu hadisə hərbi çevrilişə cəhd kimi qimətləndirilir. Yıldırım qeyd edib ki, Türkiyənin hazırkı hökuməti xalqın istəyi ilə seçilib və heç kəs demokratiyanın işinə kölgə sala bilməz. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az