Hərbi Dəniz Qüvvələrinin komandanı ehtiyata göndərildi

Hərbi Dəniz Qüvvələrinin komandanı ehtiyata göndərildi
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı ehtiyata buraxılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polkovnik və ona bərabər hərbi rütbədə olan zabitlər üçün həqiqi hərbi xidmətdə olmağının son yaş həddi qanunvericiliklə 53 yaş müəyyən edilib.
Hərbi Dəniz Qüvvələri Komandanı vəzifələrini icra edən 1-ci dərəcəli kapitan, 57 yaşlı Hicran Rüstəmzadə "Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin "b” bəndinə əsasən (yaşa görə) Müdafiə nazirinin müvafiq əmri ilə ehtiyata buraxılıb. (apa)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az