Həyatımda olan kişilərin sayını itirmişəm – Azərbaycanlı müğənni FOTOLAR

Həyatımda olan kişilərin sayını itirmişəm – Azərbaycanlı müğənni FOTOLAR
 
"Sevgisiz yaşaya bilmərəm”.

Çox çətin sualdır... Dəqiq rəqəm deyə bilməyəcəyəm. Yəni sayını itirmişəm. Amma onu deyə bilərəm ki, ən uzun münasibətim 2 il olub. Amma sevginin nə olduğunu 3 dəfə hiss etmişəm.
Bunu Lent.az-ın "Ulduzların idman saatı” layihəsində "Bu günə qədər həyatınızda neçə kişi olub?” sualını cavablandıran gənc müğənni Afaq Aslan bildirib.

Bir çox müğənnilərin sevgililəri onlara mal-mülk bağışlaması barədə sualı cavablandıran müğənni qeyd edib ki, keçmiş sevgilisindən ona ev və maşın qalıb:

"Bunu çəkinmədən deyirəm. Çünki mənim həyatımda olan insan mənim tələblərimi də qarşılamalıdır”.

Müğənni qeyd edib ki, sevgisiz yaşaya bilmərəm:

"Məni sevən çoxdur. Amma etibarımı qazanan az insan ola bilər. Bəli, həyatımda yeni biri var, özümü çox xoşbəxt hiss edirəm. İndi ailə qurmaq üçün tələsmirəm”.



















Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az