“Heydər Əliyev SSRİ-nin rəhbəri olacaqdı” – Andropovun bu planına nə mane oldu?

“Heydər Əliyev SSRİ-nin rəhbəri olacaqdı” – Andropovun bu planına nə mane oldu?

Çexiyada fəaliyyət göstərən Rus Mədəniyyət və Elm Mərkəzinin sədr  müavini Oleq Solodin keçmiş SSRİ rəhbəri Yuri Andropovun, Azərbaycanın ümummilli lideri  Heydər Əliyevi öz xələfi olaraq gördüyünü bildirib.

Avropa.info xəbər verir ki, bu haqda Türkiyənin hakimiyyətə yaxın "Yeni Akit” qəzeti yazıb.

Dönəmin SSRİ Baş Nazirinin Birinci Müavini olan Heydər Əliyevin müşaviri olan atası Yuri Solodinin xatirələrini bölüşən Solodin bunları deyib:
"Atam, Əliyevin ən önəmli sovet liderlərindən biri olduğunu danışırdı. Görkəmli şəxsiyyət idi. Bəs niyə Əliyevin Sovet İttifaqı tarixindəki rolundan heç bəhs edilmir? Halbuki o vaxt bir çoxları bunu bilirdi: Andropov Mixail Qorbaçovu deyil, Əliyevi xələfi olaraq görürdü. Andropov  Əliyevi SSRİ Baş Naziri vəzifəsinə gətirməyi və ona geniş səlahiyyətlər verilməsini planlaşdırırdı. Amma SSRİ lideri Andropovun ölümü  Əliyevin hakimiyyətdə yüksəlməsinə mane oldu” deyə Solodin bildirib.
Solodin Heydər  Əliyevin SSRİ Baş Nazirinin Birinci Müavini kimi, Sovetlər İttifaqında çox mühüm işlərə imza atdığı və 12 nazirliyi kurasiya etdiyini qeyd edib.
"Yeni Akit” qəzeti yazır ki, məşhur rus jurnalist Sergey Brilyov  da özünün "Mixail Qorbaçov: Bu gün və o vaxt” adlı sənədli filmində, İngiltərə 1984-ci ildə SSRİ rəhbəri vəzifəsinə  Heydər Əliyev və ya Qorbaçovun gətirilib – gətirilməyəcəyi barədə ciddi müzakirələr aparırmış.
Qəzet  sonda Azərbaycanın Haqqın.az saytına istinadən yazır ki, 1990-cı illərdə  rus deputatları Heydər Əliyevə  "SSRİ prezidenti olsaydınız Sovetlərin taleyi necə olardı” sualı ilə müraciət ediblər. Cavabında Heydər Əliyev "SSRİ-nin dağıdılmasına heç bir şəkildə imkan verməzdim” deyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az