Heydər Əsədovun işçisi qəssablardan pul yığır? - AÇIQLAMA

Heydər Əsədovun işçisi qəssablardan pul yığır? - AÇIQLAMA
Bu gün mətbuatda Sumqayıtda 41-ci məhəllədə yerləşən Sədi adlı Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşının hər qoyuna görə qəssablardan 5 manat alması, qəssablar tərəfindən 1 qoyunu kəsib soymağa görə vətəndaşlardan 10 manat tələb edilməsi ilə bağlı məlumatlar yayılıb. Qəssablar əlavə 5 manatın Baytara veriləcəyini deyirlər.

İddialara görə, Sədi bu qanunsuzluqları Sumqayıt şəhər Baytarlıq İdarəsinin rəisi Sialə Rüstəmovanın gözü qarşısında edir. Hətta S. Rüstəmova özü ona qəssabın üstünə göndərir.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Sonxeber.az-a açıqlamasında yayılan məlumatların yalan olduğunu bildirib.
 
"Yayılan məlumatların heç bir əsası yoxdur. Bu barədə xəbərlərin hamısı şayiədir."
M.Hacıyev qeyd edib ki qəssablıq sərbəst fəaliyyət növü olduğundan Nazirlik onlara qiymət nəzarəti apara bilməz.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az