Həzrəti Əlinin “ZÜLFÜQAR”ını Ramsfeldə kim hədiyyə edib? - EKSKLÜZİV

Həzrəti Əlinin  “ZÜLFÜQAR”ını Ramsfeldə kim hədiyyə edib? - EKSKLÜZİV

İranın molla rejiminin Amerika və İsrailə lənət oxumasının əslində gözdən pərdə asmaq olduğunu hamı bilir və artıq həqiqətləri gizlətmək mümkün deyil.

İranın, Amerika və İsrail tərəfinin Dünya Nüvə Klubuna tədricən daxil edilməsi prosesi də başlanıb. Guya İrana qarşı embarqo qoyurlar. Əslində, bununla Amerikanın müttəfiqi ərəb krallarının və Türkiyənin başını qatır.
İranın molla rejiminin dəstəyi ilə 1957-ci ildə İraqda zalım Səddam Hüseynə qarşı qurulan “Davet İslam Partiyası”nın sabiq rəhbəri İbrahim əl-Cəfəri İraqın işğalından sonra Pentaqon rəhbəri Ramsfeldlə görüşüb və Ramsfeldə Həzrəti Əli Əleyhissalamın “ZÜLFÜQAR” qılıncını hədiyyə edib. Sizcə, bu hansı dostluq səviyyəsindən xəbər verir? Ramsfeld İraqda 1 milyon dinc insanın qətlinə imza atan şəxsdir. Həzrəti Əli Əlehissalam kimi müqəddəs insanın qılıncını gör kimə hədiyyə edirlər?
Baxın, budur İranın iç üzü. Əhli-beytdən öz çirkin siyasi maraqları üçün belə istifadə edirlər. Ramsfeldə “ZÜLFÜQAR” qılıncının bağışlanması İran molla rejiminin əslində içdən çürüməsi və bu rejimin nə qədər Həzrəti Əli Əleyhissalama qarşı mənfi mövqedə olmasının bariz nümunəsidir.
İranın molla rejiminin sözlərinə deyil, əməllərinə baxın.
Həmin “Davet İslam Partiyası”dır ki, hal-hazırda İranda hakimiyyətdə olan İranpərəst koalisiyanın aparıcı güvvəsidir. İbrahim əl-Cəfəridən sonra “Davet İslam Partiyası”nın rəhbərliyinə İraqın hazırki baş naziri Nurli əl-Maliki gətirilib.
İbrahim əl-Cəfəri İraqda hakimiyyətdə olan koalisiyanın hal-hazırda bir parçasıdır və “İslah Hərəkatı Partiyası”na rəhbərlik edir.


Kərəm Muradov



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az