Hikmət Ərən: “30 ölkədən 300 iş adamını Qəbzədə qarşılayacağıq“

Hikmət Ərən: “30 ölkədən 300 iş adamını Qəbzədə qarşılayacağıq“

Hikmet ErenƏrən, ticarət sektorunda son illərə aid statistik rəqəmlərin, Avrasiya ölkələri ilə Türkiyənin əhəmiyyətli nisbətdə açıq verdiyinə diqqət çəkir

Avrasiya İqtisadi Əlaqələr Assosiasiyası (EkoAvrasiya) və Qara Dəniz Hövzəsi Sənayeçiləri və Sahibkarları Assosiasiyası (TÜKSİAD), Avrasiyalı iş adamlarını 12-15 dekabr 2013-cü il tarixləri arasında Türkiyənin sənaye şəhəri olan Qəbzədə qarşılamağa hazırlaşır. EkoAvrasiya İdarə Heyətinin rəhbəri Hikmət Ərən Forum ilə bağlı məlumat verib.

BayMedia xəbər verir ki, 22 milyon kvadrat metrlik bir coğrafiyanı əhatə edən və 1 trilyon dollardan artıq rəsmi gəliri olan Avrasiya bölgəsi ilə Türkiyə arasında ticarət və iqtisadi əlaqələrin artırılması üçün, xüsusilə son illərdə önəmli işlər həyata keçirilir. Həmin bölgədən bir çox iş adamları və firma sahiblərinin təmsilçiləri ölkəmizə investisiya yatırmaqla yanaşı mühüm ticarət müqavilələri də imzalayırlar.

“Hər sahədə ölkəmizlə Avrasiya dövlətləri arasındakı əlaqələrin ən yüksək səviyyəyə çatdırılması, ölkəmizin beynəlxalq arenada layiq olduğu yerə görə qiymətləndirilməsi Avrasiya İqtisadi Əlaqələr Assosiasiyasının əsas vizyonudur” – deyən EkoAvrasiya İdarə Heyətinin rəhbəri Hikmət Ərən dərnəklərinin bu vizyona çatmaq üçün üzərlərinə götürdükləri missiyanı isə bu şəkildə ifadə edir: “Dünya üzərində əhəmiyyəti getdikcə artan və çəkisini hər sahədə hiss etdirməyə başlayan Avrasiya ölkələri ilə digər dünya dövlətləri arasında yaşanan bu hərəkətliliyi Türkiyə baxımından da iqtisadi və sosial sahələrdə bir sıçrayışa çevirmək və Avrasiya ölkələri ilə Türkiyə arasında güclü, dinamik və daimi əlaqələrin qurulmasına töhfə verməkdir”.

“Türkiyə üçün əhəmiyyətli bazar: Avrasiya”

Ərən, ticarət sektorunda son illərə aid statistik rəqəmlərin, Avrasiya ölkələri ilə Türkiyənin əhəmiyyətli nisbətdə açıq verdiyinə diqqət çəkir. “5 milyard dollarlıq ixracata qarşı, 17 milyard dollarlıq idxal reallaşır ki, burada da ağırlığı neft və təbii qaz təşkil edir. Türkiyə xarici ticarətinin 47%-ni Rusiya ilə edir. Ümumi idxalımızın 75%-i də yenə bu ölkəyə aiddir”.

Avrasiya bölgəsindən, ən çox hansı sahələrdən tələb gəldiyinə isə Ərənin cavabı belə olub: “İstehsalatla bağlı olan sahələrə ciddi tələbat var. Tekstil, qida istehsalı, kənd təsərrüfatına əsaslanan müəssisələr, avtomobil hissələrinin istehsalı sənayesı, soyuducu və mexaniki sahələr əsas tələb görən ən vacib sektorlardır. Türk inşaat firmaları bölgədə olduqca aktiv vəziyyətdədirlər. Mövcud potensialı ilə Avrasiya bölgəsi Türkiyə üçün əhəmiyyətli bir bazardır”.

“Türkiyənin sənaye mərkəzi: Qəbzə”

Türkiyənin sənaye mərkəzi olan Qəbzədə TÜKSİAD ilə birlikdə böyük bir foruma imza atacaqlarını dilə gətirən Ərən, “bu layihə bizim üçün çox əhəmiyyətlidir. İstanbul yolu üzərində yerləşən Qəbzədə sənaye sürətlə inkişaf edir. Türkiyənin ən böyük 500 fabrikinin təxminən 10%-i burada yerləşir” – deyərək sözünü davam etdirir. Forumun ən böyük dəstəkçiləri Qəbzə şəhərinin meriyası, Qəbzə şəhərinin Ticarət Palatası və MARKA-dır (Mərmərə dənizinin şərq regionunun İnkişaf Agentliyi). Hər birinə indidən dərin təşəkkürümü bildirirəm.

“30 ölkədən 300 iş adamını Qəbzədə qarşılayaçağıq”

Bu Forum vasitəsilə Türkiyənin Sənaye mərkəzi olan Qəbzədə Avrasiyanın 30 ölkəsindən 300 iş adamını qonaq etməkdən böyük qürur duyacaqlarını dilə gətirən Ərən, “Həyata keçirəcəyimiz layihə ölkəmizin inkişafına okeanda bir damla da olsa fayda verəcəksə bu bizi çox sevindirmiş olacaq” – dedi.

“Avrasiya Biznes Forumu”na Azərbaycan, Əfqanıstan, Albaniya, Belarus, Bosniya – Herseqovina, Bolqarıstan, Gürcüstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, KKTC, Kosovo, Makedoniya, Monqolustan, Moldova, Özbəkistan, Polşa, Rumıniya, Rusiya Federasiyası (Başqırdıstan, Dağıstan, Tatarıstan), Tacikistan, Türkmənistan, Ukrayna, Yunanıstan və Türkiyədən iş adamları, Qaqauziya Muxtar Respublikasının prezidenti Mixail Formuzal, Makedoniya Dövlət naziri Hadi Nezir, Kosovo Dövlət İdarəetməsi naziri Mahir Yağcılar, KKTC Baş nazirinin müavini Serdar Denktaş, Kosovo Sənaye və Ticarət nazirinin müavini Cüneyt Ustaibo, senatorlar, millət vəkilləri, səfirlər, Ticarət Palatası rəhbərləri və sektor nümayəndələri qatılacaq.

Layihə çərçivəsində Qəbzəyə gələn iş adamları birinci gün biznes və iqtisadi fəaliyyətlər, investisiya imkanları, bölgədə sərmayə subsidiyaları məsələlərinin müzakirə olunacağı foruma qatılacaqlar. Forum türk, ingilis və rus dillərində səsləndiriləcəkdir. İkitərəfli əməkdaşlığın həyata keçiriləcəyi ikinci gün istehsal müəssisələri, fabrik və sənaye bölgələrinə səfərlər təşkil olunacaqdır. Proqramın son günü isə iş adamları üçün Qəbzə və ətrafındakı tarixi, mədəni yerlərə gəzinti nəzərdə tutulmuşdur.

Forumla bağlı əlavə məlumatı: www.ebforum.net saytından əldə edə bilərsiniz.

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az