Hikmət Mirzəyevdən əməliyyat açıqlaması: “Mən Şuşaya girəndə...” - VİDEO

Hikmət Mirzəyevdən əməliyyat açıqlaması: “Mən Şuşaya girəndə...” - VİDEO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və "Salnaməfilm” studiyasının birgə istehsalı olan "Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində geniş auditoriyaya təqdim olunacaq.
 
Bu barədə "Bakı Media Mərkəzi" məlumat yayıb.
 
Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan "Şuşa əməliyyatı”nın maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunacaq.
 
Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.
 
Sənədli filmdə Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin Şuşanın işğaldan azald olunması ilə bağlı fikirləri yer alıb:
"Mən Şuşaya girəndə özümü çox xoşbəxt və vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim".
 
Daha ətraflı videomaterialda:
 


Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az