"Hizbullah" İsrailin nüvə obyektlərinə zərbələr vuracaq? -Təhlil

Məhəmməd Əsədullazadə
Politoloq 


İranın güclənməsini İsrail öz milli təhlükəsizlik maraqlarına təhdid

ABŞ-ın İran siyasəti İsrail baş naziri B.Netanyahunun Trmpla görüşməsindən sora, daha da aqressiv çalar almaqdadır. Bu, regionun və beynəlxalq təhlükəsizlik sisteminin nə qədər kövrək olduğunu və yeni problemlərə yol açdığını göstərir. Burada İran əleyhinə alyansda İsrail faktoru danılmazdı. 

Trampın qələbə çalmasında Yəhudi lobbisi


Xüsusilə vurğulamaq lazımdır ki, Trampın qələbə çalmasında Yəhudi lobbisinin misilsiz xidmətləri olub. Bu ona görə idi ki, Obamanın İran siyasəti İranın Yaxın Şərqdə güclənməsinə və İsrailin təhdidi ilə müşayiət olunurdu. Bunun qarşısını almaq üçün, İrana qarşı sanksiyalar sərtləşməli idi. İranın güclənməsini İsrail öz milli təhlükəsizlik maraqlarına təhdid hesab edirdi. Yəhudilər Obamanın İran siyasətindən qəti narahat idilər. Bu narahatlıqları dəf etmək üçün iki ölkə arasında əlaqələr yenidən qurulub və Tehrana qarşı mübarizə üsulları masadadır. Bu təziyiq və mübarizə üsulları sırasında ABŞ -ın İranda milli məsələləri alovlandırmaqla, daxili siyasi sabitliyi pozmaqdır. Qeyd edim ki, keçən həftə Bəhreynli bir millət vəkilin Cənubi Azərbaycana müstəqillik istəməsi, İranda milli haqların bərpası kimi çağırışlar kimi deyil, ölkədə milli ədavəti qızışdırmaq planından irəli gəlir. Təbii ki, burada geosiyasi maraqlar fonunda İranda sabitsizləşmə, ABŞ -İsrail planın bir hissəsidir.
 
Suriya və Yəməndən sonra növbəti hədəf -İran

Suriya və Yəməndən sonra növbəti hədəf İranın olması gözlənilən idi. İran Yaxın Şərqdə sabitsizlik və despotik bir ölkədi. Bunun regionda güclənməsi, İraq , Suriya və Yəməndə əsas oyunçulardan biri olması, ABŞ-ın regionda maraqlarına əngəl yaradır. Buna baxmayaraq ABŞ, Səudiyyə Ərəbistanı, İsrail və digər körfəz ölkələrini əlində saxlamaq üçün, İran amilindən təzyiq kimi istifadə edir. Bu arada İranın ABŞ və İsrailin əsas kəşfiyyat obyektinə gəlməklə, regionda siyasi gərginliyin Azərbaycanada sirayət etməsi gözlənilir. Bu gərginlik fonunda İran -Azərbaycan əlaqələrində soyuq münasibət, İranın Ermənistana daha da dəstək verməsi ilə nəticələnəcək.

"Hizbullah" İsrailin nüvə obyektlərinə zərbələr vuracaq? 
 

Qeyd edim ki, "Hizbullah" lideri Həsən Nəsrullahın İsrailin nüvə obyektlərinə zərbələr vurmaqla bəyanatı, Netanyahu və Trampın İran ittifaqına qarşı mesajıdır. H.Nəsrullah əslində rəsmi Tehranın adından çıxış edir. Və İsraili hədələyir. O, qeyd edir ki,"Bizim raket qüvvəmiz ali müstəvidədir, İsrail hücum etsə, Dimona nüvə təsisatı və Ammonyak anbarları vurulacaq.” 
Belə bir vəziyyətin yaranması isə, Yaxın Şərq ölkələrinin tamamilə parçalanmasına yol açar.

Türkiyədə İranın Suriyada rolundan narahatdır

Vurğulamaq lazımdır ki, Türkiyədə İranın Suriyada rolundan narahatdı.
Artıq, Türkiyənin XİN rəhbəri M. Çavuşoğlu Münhen Təhlükəsizlik konfransında İranı iddiham edib. O, bildirib ki, İranın bəzi təxribatları bölgədə sabitliyin bərpası üçün ciddi əngəl yaradır: "İran bölgənin sabitliyi və təhlükəsizliyi üçün hər cür təxribatları dayandırmalıdır”.-çıxışında belə deyib. Görünür ki, ABŞ -İsrail və Türkiyə İranın Yaxın Şərq regionunda fəallaşmasının qarşısın qətiyyətlə almaqda israrlıdırlar. Məhz, ABŞ baş qərargah rəisinin Bakıdan Ankaraya səfəri nə qədər Suriyada baş verən hadisələrlə bağlı olsa da, bir o qədər də İrana qarşı yeni cəbhə formalaşdırmağa hesablanıb. ABŞ Suriyada PYD dəstəyini çəkərsə, Türkiyənin də ABŞ-ın siyasətinə dəstəyi qaçılmaz olacaq. ABŞ generalının kritik Ankara səfərində ciddi ortaq razılaşma əldə olunub.

İrana qarşı ABŞ -İsrail ittifaqı

İsrail baş naziri B.Netanyahu İrana qarşı ABŞ -İsrail ittifaqının yaranmasını qeyd edibdir. O, qeyd edibdir ki, "İsrail və ABŞ arasında alyans, xüsusilə İran tərəfindən gözlənilən ümumi təhlükə, həmçinin Yaxın Şərqdə yeni imkanlar sayəsində möhkəmləndi". Artıq, İran yeni dönəmə hazırlaşır, bu dönəm İranın küncə sıxılması ilə müşayiət olunacaq. İran bu təhlükəli gedişləri görür və buna qarşı adekvat cavablar hazırlamağa çalışır. Bu gün İranın parlament spikeri Yaxın Şərqdə İran -Rusiya alyansının formalaşmasından danışır. 

Moskva-Tehran oxu ABŞ -ın formalaşdırdığı koalisiya qarşısında duruş gətirə bilməyəcək

Hesab edirəm ki, Moskva-Tehran oxu ABŞ -ın formalaşdırdığı koalisiya qarşısında duruş gətirə bilməyəcək. Bu koalisiya, həmçinin ərəb ölkələrindən formalaşdırılmağa başlanılıb.
"Hizbullah, Həmas və Husi" təşkilatlarının silahlandırma faktoru, İranın izolyasiyası ilə nəticələnməsinə səbəb olacaq. Artıq, İranın qarşısın almaq üçün Pentaqon Suriyaya quru qoşunları göndərmək üçün hərəkətə keçməyə planlaşdırır. "Ağ Ev" rəsmiləri İŞİD-dən qatı təhlükə İranı qeyd edirlər. Bu açıqlamanın İranın ABŞ üçün nə qədər təhlükəli olduğu göstərir. Müharibə başlayarsa, İranın cavabı yetərli olmaz. Qeyd edim ki, İranın raket arsenalı və kosmik qüvvələri dəqiqlik səviyyəsində İsraildən geridə qalır, hədəfi vurma dəqiliyi 50/50 dir. Ballistik və digər uzaq mənzilli silahlar İsraildən geridə qalır. Müharibə ertələnsə də beynəlxalq səviyyədə İranda yaşayan millətlərə azadlıq və hüquqların tanınması üçün geniş təzyiq rıçaqları ilə kompaniyaya start veriləcək. 2017-ci il Qərb -İran qarşıdurması siyasi və iqtisadi məkanda kəskinləşəcək. Bu silahlı qarşılaşmaya yol açmasa da İranın dəstəklədiyi silahlı qruplaşmalara İsrail və ABŞ-ın hərbi əməliyyatları olacaq. Rəsmi Tehrana qarşı bu təhdidlər, qarşıdan gələn prezident seçkilərində mühafizəkarların reytinqini qaldıracaq. Və, seçkilərin geniş mübarizədə keçəcəyini, iştişaşlara yol açacağına səbəb olacaq.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az