Hüseyn Abdullayev yenə məhkəmə qarşısına çıxacaq

Hüseyn Abdullayev yenə məhkəmə qarşısına çıxacaq
Altı illik həbsdən sonra yeni ittihamla 9 il daha eyni növ cəzaya məhkum edilən keçmiş deputat Hüseyn Abdullayev apellyasiya şikayəti verib.

Miq.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, "Quska” kimi tanınan Abdullayev özünü heç bir epizod üzrə təqsirli bilmir və bəraət istəyir.

Bakı Apellyasiya Məhkəməsi şikayəti bayram günlərindən sonra araşdıracaq.

Xatırladaq ki, "Quska” 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və başqa cinayətlərdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il cəza müddətinin başa çatmasına az qalmış sonradan müəyyən edilmiş faktlara əsasən təkrar cinayət məsuliyyətinə cəlb edilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az