İçməli suyun təhlükəli olduğu ölkələrin adları açıqlandı — Siyahıda Azərbaycan da var

İçməli suyun təhlükəli olduğu ölkələrin adları açıqlandı — Siyahıda Azərbaycan da var

"Globehunters” turizm agentliyi ABŞ xəstəliklər üzrə nəzarət və profilaktika mərkəzinin (ABŞ Səhiyyə Nazirliyinin tabeliyində olan federal agentlik – red.) kran suyunun təhlükəsiz və ya xoşagəlməz olan ölkələrin siyahısını dərc edib.

Demokrat.az xəbər verir ki, bu barədə "Daily Mail" yazır.

Siyahıda 187 ölkə yer alıb, o cümlədən, Azərbaycan, Türkiyə, İran, Rusiya və Estoniya istisna olmaqla, bütün postsovet ölkələri.

Qeyd olunur ki, siyahıda göstərilən ölkələrdə kran suyunu çirkliliyi göstərilməyib, sadəcə bu su içməli deyil.

Ən təhlükəsiz su təchizat sistemi ABŞ (Quam adasından başqa – red.), Kanada, Avstraliya, Çili, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Norveç və əksər Avropa İttifaqı ölkələrindədir.

Nəşr qeyd edir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada il ərzində təhlükəsiz sudan yaranan diarreyadan 842 min nəfər ölür.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az