İcra başçısı devalvasiyadan sonra ölkəni tərk etdi - Montoneqroya getdi

İcra başçısı devalvasiyadan sonra ölkəni tərk etdi - Montoneqroya getdi
İcra başçılarının tətil günlərində xaricdəki kurortlara üz tutmaları haqda yazıya reaksiyalar gəlməkdədir. Ən müxtəlif mənbələrdən redaksiyamıza icra başçılarının əksərinin tətil günlərində çalışdıqları rayonlarda olmadıqları, xaricə istirahətə getdikləri barədə xəbərlər daxil olur. Bu xəbərlərin birində Gədəbəyin icra başçısı Ramiz Yediyarovdan söhbət açılır.

"Ramiz Yeniyarovu 2016-cı ildə rayonda görən olmayıb. Keçən ildən rayondan gedəndir. O, Karlovı Varını bəyənmir, Montoneqroya gedir” - deyə musavat.com-un redaksiyasiyası ilə əlaqə saxlayan rayon sakinlərindən biri bildirib.

Onun sözlərindən bəlli olub ki, Gədəbəy rayonuna ötən ilin son günlərində yağan qar rayon mərkəzi ilə ucqar kəndlər arasında əlaqəni kəsib: "Elektrik enerjisi ilə kəndlər 4-5 gündür ki, təmin olunmur. Yollar bağlıdır. Qardan təmizlənmir. İcra başçısı isə yoxdur. Dekabrın əvvəlində Qubada qar yağdı, 4 kəndin yolunu bağladı. Səhəri günü ağır texnikanı çıxarıb yolu açdılar. Bunu televizorda göstərdilər. Gədəbəydə isə gözləyirlər ki, gün çıxar, qar əriyər. Ucqarlarda yaşayan, rayon mərkəzi ilə əlaqəsi kəsilən kəndlərin camaatı Allahın ümidinə qalıb. Ramiz Yediyarov rayonda olması da elə də fərq eləmir. Gəlsə, guya yol təmizlətdirəcək?”

Xatırladaq ki, bir neçə gün əvvəl Qaynar.info-da "Azərbaycan nazirlərinə Yeni il şoku - xaricə getmək yasağı" abşlıqlı yazı dərc edilmişdi. Həmin yazıda qeyd edilirdi ki, manatın ikinci devalvasiyasından sonra nazirlərə, komitə sədrlərinə, hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinə və icra başçılarına tətildə xaricə üz tutmaq qadağan edilib.

"Yeni Musavat" isə bu günlərdə İmişlinin icra başçısı Vilyam Hacıyev, Gəncənin icra başçısı Elmar Vəliyev, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov, Masallının icra başçısı Rafil Hüseynov, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, Xətainin icra başçısı Razim Məmmədov, Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun ölkə iqtisadi fəlakətlə üz-üzə olduğu bir vaxtda, ölkə prezidentinin belə Yeni il tətilini ölkədə keçirdiyinə rəğmən xarici ölkələrə istirahətə getdiyini yazıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az