İcra başçısı həbs olunan rayonun mərkəzi xəstəxanasına direktor təyin edildi

İcra başçısı həbs olunan rayonun mərkəzi xəstəxanasına direktor təyin edildi

Şəmkir rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Miq.Az xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.

Əmrlə Şəmkir rayon Mərkəzi Xəstəxanası Publik Hüququ Şəxsə Emin İsmaylov direktor təyin edilib.

Emin İsmaylov bundan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şəmkir filialının rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov aprel ayında həbs edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az