İcra başçısı özünə iki yeni müavin təyin etdi - FOTOLAR

İcra başçısı özünə iki yeni müavin təyin etdi - FOTOLAR

Gəncə Şəhər İcra Hakimiyyətində iki yeni təyinat olub.

Miq.Az-ın əldə etdiyi məlumata görə, Gəncə ŞİH-nin başçısı Niyazi Bayramovun əmrləri ilə, Kamran Məhərrəmov Gəncə ŞİH başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri, Adil Tağıyev isə Gəncə ŞİH başçının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifələrinə təyin ediliblər. 

Qeyd edək ki, K.Məhərrəmov bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin İstehsal və xidmət sahələri sektorunun müdiri vəzifəsində, A.Tağıyev isə Azərbaycan Texnologiya Universitetinin Təsərrüfat işləri üzrə prorektoru vəzifəsində çalışıb.
 
İcra başçısı özünə iki yeni müavin təyin etdi- FOTOLAR
 
İcra başçısı özünə iki yeni müavin təyin etdi- FOTOLAR

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az