Bu gün Bakı-2015 I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start verilir.
Vətəninfo.az Apasport.az-a istinadən xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında baş tutacaq ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində mükafatçıların adına aydınlıq gələcək. Azərbaycan millisi bütün çəkilərdə təmsil olunduğundan 4 pəhləvanımız xalçaya çıxacaq.
Yunan-Roma güləşi
59 kq
Bu çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edəcək. Təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşəcək. Onun döyüşü 10:49-da başlayacaq.
71 kq
71 kq çəki dərəcəsində güləşəcək Rəsul Çunayev də yarışa 1/8 finaldan start verəcək. Universiadanın qalibi, dünya və Avropa çempionatının mükafatçısı saat 11:03-də başlayacaq görüşdə moldovalı Daniel Kataraqa ilə üz-üzə gələcək.
80 kq
Digər 2 təmsilçilərimiz kimi ilk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirəcək. Avropa çempionatının, Qran-prinin çempionu, həmçinin dünya çempionatının mükafatçısı 11:24-də Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirəcək.
98 kq
Güləşçilərimizdən mübarizəyə öncə Orxan Nuriyev qoşulacaq. Baş məşqçi Cəmşid Xeyrabadinin böyük ümid bəslədiyi idmançımız təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşacaq. O, xalçaya 10:35-də çıxacaq.
Qeyd edək ki, güləş yarışlarına saat 10:00-da start verilib.
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”