Vətəninfo.az xəbər verir ki, ötən gün saat 15:30-da Bakının Xətai rayonunda kütləvi dava baş verib. Xətai rayon Polis İdarəsi 35-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Nəsrəddin Tusi küçəsi 19 saylı binanın qarşısında baş verib. Mübahisə zaman 1977-ci il təvəllüdlü Azər Akif oğlu Cəfərov, onun qardaşı, 1986-cı il təvəllüdlü Aslan Cəfərov və 1970-cu il təvəllüdlü Telman Saleh oğlu Nuriyev bıçaqlanıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Azər Cəfərovun vəziyyəti daha ağırdır.
Araşdırmalar zamanı hər 3 nəfərin 1988-ci il təvəllüdlü Cavidan Bayram oğlu Qorçuyev tərəfindən bıçaqlanması məlum olub. Qeyd edək ki, dava iştirkaçıları peşəkar idmançılardır. Cavidan Qorçuyev kikboksinq üzrə Azərbaycan yığmasının heyətində dünya çempionatında medal qazanıb. Davanın səbəbinə gəlincə, ilkin ehtimala görə, mübahisə idmançıların uğur qazanması sahəsində yaranan mübahisə olub. Kimin daha yaxşı nəticə qazanması barədə yaranan mübahisə zamanı söyüş işlədilib. Bu zaman mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə qan tökülüb. Faktla bağlı araşdırma aparılır.
Vətəninfo.az
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...