“İkar” Yer kürəsinə yaxınlaşır

“İkar” Yer kürəsinə yaxınlaşır

Bu gün “İkar” asteroidi Yer kürəsinə çox yaxınlaşacaq. Lakin bu, təhlükəli olmayacaq.

Vətəninfo.az APA-ya istinadən bildirir ki, bu barədə NASA-nın yaydığı məlumatda deyilir.
“İkar”ın Yer kürəsi ilə yaxınlaşmasının Bakı vaxtı ilə 17.39-da müşahidə olunacağı gözlənilir. Asteroidlə planetimiz arasındakı məsafə 8 mln. km təşkil edəcək. Bu, Yer kürəsi ilə Ay arasındakı məsafədən 21 dəfə çoxdur.   
“İkar” Yer kürəsinə hər 9, 19 və 38 ildən bir yaxınlaşır. Növbəti yaxınlaşma 2090-cı ilin 14 iyun tarixində baş verəcək. Həmin vaxt Yer kürəsi ilə asteroid arasındakı 6,5 mln. km təşkil edəcək.
Qeyd edək ki, “İkar”ın diametri 1 kilometrə yaxındır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az