İki generala şəhərin mərkəzində mənzil verildi

İki generala şəhərin mərkəzində mənzil verildi
Vətən müharibəsində göstərdiyi hünər və şücayətlə şöhrət qazanmış Azərbaycan ordusunun generalları – Hikmət Mirzəyev və Mais Bərxudarova Bakı şəhərində mənzil hədiyyə olunub.

Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda bildirilir ki, generallara verilən 4 otaqlı, tam təmirli mənzil paytaxtın mərkəzində yerləşir.

Qeyd edək ki, torpaqların işğaldan azad olunmasında göstərdikləri xidmətlərə görə, Hikmət Mirzəyev və Mais Bərxudarov xüsusi ali hərbi rütbə ilə yanaşı dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub.

Ötən həftə Prezident İlham Əliyev general-leytenant Hikmət Mirəzyevi Müdafiə nazirinin müavini və Quru Qoşunların komandanı vəzifəsinə təyin edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az