İki məhkum həbsxanada öldü

İki məhkum həbsxanada öldü
Azərbaycanda iki məhkum ölüb.
Hadisə Penitenasiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan məhkumlar - 1964-cü il təvəllüdlü Əli Yusif oğlu Bayramov və 1971-ci il təvəllüdlü Şükür Zeynal oğlu Quliyev xəstəlik səbəbilə vəfat ediblər.
Qeyd edək ki, Ə.Bayramov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 2015-ci ilin fevralında həyata keçirdiyi əməliyat nəticəsində həbs edilib. O, bir qrup şəxslə əlbir olaraq Ukraynadan Azərbaycana 24 kiloqram narkotik keçirərkən saxlanılıb. Ş.Quliyev isə 2016-cı ildə oğurluq üstündə Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən yaxalanıb. (apa)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az