"İl yarım ərimi aldatdım" - Xalq artisti

Xalq artisti Təranə Muradova "V element” verilişinin qonağı olub.

Vizual.az Axşam.az-a istinadən xəbər verir ki, şəxsi həyatından danışan rəqqasə ərini aldatdığını etiraf edib:

"Ailə qurduqdan sonra həyat yoldaşım dedi ki, səhnəni at. Dedim, "Birinci uşağımız olsun, söz səhnəni atacam”. Birinci uşaq oldu, dedi bəsdir. Cavab verdim ki, "İkinci uşaq olsun, oturacam evdə". İkinci övladımdan sonra yoldaşım dedi ki, "İki balan var, utan. Uşaqlara tərbiyyə verməlisən. Əgər evə gəlsəm ki, yemək yoxdu, işləri çatdırmırsan, səni işdən çıxaracam”. 1 il yarım onu aldatdım. Restorandan düşbərə, cız-bız, qutablar alıb evə gətirirdim ki, guya özüm bişirirəm. Sonra oturub, söhbət etdim, yola gətirdim”.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az