İtə, evə, maşına milyonlar xərcləyən məşhurlar- FOTOLAR

İtə, evə, maşına milyonlar xərcləyən məşhurlar- FOTOLAR

2015-ci ilin sonuna demək olar ki, sayılı günlər qalıb. Şou-biznes dünyası da olduqca bərəkətli və hərəkətli bir ili geridə buraxıb. Bəs dünya şöhrətli ulduzlar bu il nə ilə yadda qaldılar?

VİZUAL.az-ın məlumatına görə, "The Richest" jurnalı ulduzları bu il sərvət xərclədiyi alış-verişlərini açıqlayıb.

Ancelina Coli və Bred Pitt uzun zamandır geniş ailələrinin rahat istirahəti üçün mülk axtarışında idilər. Altı uşaqlı cütlük bu məqsədlə onlarla ev gəziblər. Lakin onların seçimi böhran içərisində olan Yunanıstanın Gaia adasındakı 4.7 milyon dollarlıq villa olub.


 
 

ABŞ-dan olan model Kayli Jenner sevgilisi Tyganın 320 min dollarlıq hədiyyəsi - "Ferrari" ilə bir il gündəmdə qala bilib.

 

Bakıda da konsert proqramı ilə çıxış edən homoseksual müğənni Elton Con bu il 33 milyon dollara ABŞ-ın Kaliforniya ştatında malikanə satın alıb. Evdə 10 yataq otağı, 10 hamam, 9 soba var.

Bu il Bakıda keçirilən Avropa Oyunlarında bir mahnı ifa edən ən ekstravaqant müğənni Ledi Qaqanın alış-verişi bəlkə də çoxları üçün ən lazımsız kimi görünə bilər. Amma müğənni ruh dedektoruna düz 50 min dollar pul ödəyib. O, bu dedektoru yanında gəzdirir və qaldığı otel otaqlarında ruhun olub olmadığını yoxlayır.

 

Məşhur teleulduz, aparıcı Opra Uinfrey çəki itirməyə kömək edən ağıllı saatlar satan bir şirkətin 10 faizlik səhmlərini alıb. Bunun üçün o 43 milyon dollar ödəniş edib. Maraqlısı odur ki, bu alış-verişdən sonra şirkətin dəyəri iki dəfə artıb.

 

 Hilton otellər zəncirinin varisi olan kübar cəmiyyət gözəli Paris Hilton heyvanlara olan sevgisi ilə seçilir. Bu il o "Pomernian" cinsli iki itə 25 min dollar ödəyib.

   

Beyons ilin ən çox danışılan müğənnilərindən olub. Buna isə onun yaradıcılığı ilə yanaşı aldığı ayaqqabı da səbəb olub. Belə ki, ifaçı 312 min dollara almazlarla bəzədilən bir aksesuar alıb.
 

21 yaşlı dünya şöhrətli gənc müğənni Castin Biber yaşıdlarının ancaq arzu edə biləcəyi bir alış veriş reallaşdırıb. Biber 1.4 milyon dollara "La Ferrari" satın alıb. Maşın 100 km sürəti 3 saniyəyə yığa bilir. Ultra lüks maşından F1 pilotu Levis Hamilton da istifadə edir.

 

"Mükafatalar kraliçası" olan aktrisa Teylor Svift 25 milyon dollar ödəyərək möhtəşəm bir villaya sahib olub. Ev 11 min kavdrat metr ərazidə tikilib.


 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az